...

Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu

Siyasət Materials 29 Dekabr 2017 13:01 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsin üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, 5 fəsil 16 maddədən ibarət olan qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 16-cı maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli qanunu ləğv edilir.

Qanun layihəsi üçüncü oxunuşda müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti