...

AŞ PA-da nümayəndəmizin ölüm hökmü və işgəncələrlə mübarizənin təkmilləşdirilməsi üzrə məruzəsi qəbul edilib

Siyasət Materials 26 Yanvar 2018 14:45 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun məruzəsi qəbul edilib.
AŞ PA-da nümayəndəmizin ölüm hökmü və işgəncələrlə mübarizənin təkmilləşdirilməsi üzrə məruzəsi qəbul edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun məruzəsi qəbul edilib.

Trend-in məlumatına görə, bu gün sessiyada V.Hüseynovun "Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi" mövzusunda məruzəsi dinlənilib və müzakirə edilib.

Sessiyada çıxış edən V.Hüseynov müvafiq mexanizmi gücləndirməyə çağırıb: "Avropa ölkələri nəinki bu mexanizmləri möhkəmləndirməli, eyni zamanda, onların tətbiqini genişləndirməli və daha səmərli etməlidirlər".

Qeyd edək ki, ötən gün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın "Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması" mövzusunda məruzəsi də dinlənilərək müzakirə edilib.

Xatırladaq ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Səfər yanvarın 28-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti