...

MSK sədri: Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir

Siyasət Materials 17 Fevral 2018 16:47 (UTC +04:00)
Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir.
MSK sədri: Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, qarşıda hələ vaxt var və arzu edən şəxs prezidentliyə namizədliyin irəli sürə bilər.

MSK sədri əlavə edib ki, indiyə qədər 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7 nəfərin namizədliyi siyasi partiyalardan, 1 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 4 nəfərin namizədliyi isə özü tərəfindən irəli sürülüb.

M.Pənahov vurğulayıb ki, 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti