...

MDB PA DİMBİ Bakı filialının direktoru Rusiyada prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 19 Fevral 2018 10:03 (UTC +04:00)
MDB Parlamenlərarası Assambleyası DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev 18 mart 2018-ci ildə Rusiya Federasiyası Prezidenti seçkilərinin təşkili və keçirilməsinə hazırlığın gedişini MDB PAA-dan olan müşahidə missiyası çərçivəsində müşahidə etmək üçün bu ölkənin Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində akkreditasiyadan keçib.
MDB PA DİMBİ Bakı filialının direktoru Rusiyada prezident seçkilərini müşahidə edəcək

Bakı. Trend:

MDB Parlamenlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialının direktoru Elman İmaməliyev 18 mart 2018-ci ildə Rusiya prezidenti seçkilərinin təşkili və keçirilməsinə hazırlığın gedişini MDB PA-dan olan müşahidə missiyası çərçivəsində müşahidə etmək üçün bu ölkənin Mərkəzi Seçki Komissiyasında beynəlxalq müşahidəçi qismində akkreditasiyadan keçib.

Bu barədə Trend-ə DİMBİ Bakı filialının mətbuat xidmətindən məlumat verilib.

18-21 fevral 2018-ci il tarixlərində baş tutacaq səfər zamanı o, uzunmüddətli monitorinq çərçivəsində Moskva şəhəri və Vladimir vilayətinin Vladimir şəhərində seçki komissiyalarının fəaliyyəti, təsdiq olunmuş Rusiya prezidenti seçkilərinin keçirilməsinə hazırlıq üzrə Təqvim Planı əsasında görülən işlərlə tanış olacaq.

21.02.2018-ci il tarixdə isə filial rəhbəri RF Sankt-Peterburq şəhərində baş tutacaq beynəlxalq müşahidəçilər üçün seminarda iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti