...

ATƏT PA-nın xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin azlığından təəssüf edir (YENİLƏNİB)

Siyasət Materials 22 Fevral 2018 14:29 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələsində beynəlxalq ictimaiyyət hərtərəfli həll yolunun tapılması və dayanıqlı sülhün əldə olunması ambisiyasından sadəcə müharibədən qaçınmaq səylərinə keçib.
ATƏT PA-nın xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin azlığından təəssüf edir (YENİLƏNİB)

Bakı. Trend:

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli məsələsində beynəlxalq ictimaiyyət hərtərəfli həll yolunun tapılması və dayanıqlı sülhün əldə olunması ambisiyasından sadəcə müharibədən qaçınmaq səylərinə keçib.

Trend-in məlumatına görə, bu barədə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin qurumun bu gün Vyanada keçirilən qış sessiyası zamanı deyib.

Xüsusi nümayəndə beynəlxalq ictimaiyyətin bu cür yanaşmasının dəyişməsinin vacibliyini vurğulayıb.

K.Vigenin deyib: "ATƏT PA münaqişənin nizamlanmasında rol oynaya bilər, əgər xüsusən münaqişə tərəfləri bunun üçün şərait yaratsalar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti