...

Fərhad Hacıyev Azərbaycanın gənclər və idman nazirinin müavini təyin olunub

Siyasət Materials 2 Mart 2018 00:11 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Məcid oğlu Hacıyev gənclər və idman nazirinin müavini təyin olunub.

Trend-in məlumatına görə, bu təyinatla bağlı martın 1-i Prezident İlham Əliyev sərəncam imzalayıb. Fərhad Hacıyevin nazirlikdə cavabdeh olacağı məsələlər hələ bilinmir.

Fərhad Hacıyev 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Dövlət İqtisad Universitetinin Biznesin idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib, fəlsəfə doktorudur.

2002-ci ildə gənclər və idman nazirliyində şöbə rəisi vəzifəsinə təyin olunub. 2006 - 2009-cu illərdə gənclərlə iş üzrə Avropa Şurasının proqramına rəhbərlik edib. 2011-ci ildən Azərbaycan Prezidenti yanında gənclər Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

Azərbaycan, rus və ingilis dillərini sərbəst bilir. Evlidir.

Xəbər lenti

Xəbər lenti