...

Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib (FOTO)

Siyasət Materials 7 Mart 2018 13:19 (UTC +04:00)
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib.
Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib (FOTO)

Bakı. Trend:

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə bu təltifə layiq görülüb. Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda vilayətin qubernatorunun müavini Natalya Virtuozova “Müqəddəs Sergiy Radonejski Nişanı”nı həmyerlimizə təqdim edib.

Tədbirdə Domodedovo şəhər dairəsinin başçısı Aleksandr Dvoynıx, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov, “Yedinaya Rossiya” Partiyasının Moskva vilayətindəki nümayəndəsi Dmitri Qorodetski iştirak ediblər.

Belə bir mükafata layiq görülməsini əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Ə.Rəhimov Moskva vilayətində Azərbaycan diasporunun fəaliyyətindən danışıb:

"Azərbaycanlılar vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər. Biz, Moskva vilayətində məktəb və uşaq bağçalarının, yaşayış və inzibati binaların inşasında fəal iştirak edirik. Fəxr edirəm ki, Rusiyada öz xalqımı layiqincə təmsil edirəm”.

Qeyd edək ki, Ə.Rəhimov Rusiyada fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamlarından biridir. Rusiyanın Əməkdar İnşaatçısı olan həmyerlimiz uzun illərdir Moskva vilayətinin Domodedovo şəhərinin ictimai-siyasi həyatında yaxından iştirak edir. Ə. Rəhimov prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı və "Şöhrət" ordeni, Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti