...

PA rəsmisi: Azərbaycanda yaşayan ermənilərlə azərbaycanlılar arasında heç bir münaqişə yoxdur

Siyasət Materials 29 Mart 2018 11:03 (UTC +04:00)
Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti bizim milli mədəni və tarixi abidələri də əhatə edib.
PA rəsmisi: Azərbaycanda yaşayan ermənilərlə azərbaycanlılar arasında heç bir münaqişə yoxdur

Bakı. Elçin Mehdiyev – Trend:

"Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti bizim milli mədəni və tarixi abidələri də əhatə edib".

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfransında deyib.

O qeyd edib ki, Ermənistanda olan bir çox məscidlər, Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələri dağıdılıb: “Ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağda olan məscidlər də darmadağın edilib. Bu, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının miqyasını və mahiyyətini bir daha göstərir”.

C.Məmmədov vurğulayıb ki, Ermənistandan fərqli olaraq bu gün Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və bu kilsə dövlət tərəfindən qorunub saxlanılır: “Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı siyasəti, digər tərəfdən, Azərbaycan tərəfindən həyata keçirilən siyasət. Fərq çox aydın görünür”.

PA rəsmisi vurğulayıb ki, bu gün Azərbaycanda ermənilər yaşayır və Azərbaycanda yaşayan ermənilərlə azərbaycanlılar arasında heç bir münaqişə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti