...

Ukraynalı deputat: Azərbaycanda prezident seçkiləri xoş ab-havada keçir

Siyasət Materials 11 Aprel 2018 18:18 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri xoş ab-havada keçir.
Ukraynalı deputat: Azərbaycanda prezident seçkiləri xoş ab-havada keçir

Bakı. Mətanət Nəsibova, Ləman Zeynalova - Trend:

Azərbaycanda prezident seçkiləri xoş ab-havada keçir.

Bunu Trend-ə Ukrayna parlamentinin müşahidə missiyasının üzvü Maksim Kuryaçiy deyib.

M.Kuryaçiy deyib: "Azərbaycanda prezident seçkiləri xoş ab-havada, seçicilərin yüksək əhval-ruhiyyəsi ilə keçir. Vətəndaşların böyük fəallığı və seçkilərdə iştirak etmək üçün böyük istəyi göz qabağındadır".

Ukraynalı deputat seçki məntəqələrində fiziki qüsurlu insanlar üçün yaradılmış şəraiti xüsusi vurğulayıb:

"Seçki məntəqlərində fiziki qüsurlu şəxslər üçün bütün şərait yaradılıb, o cümlədən brayl əlifbası ilə xüsusi bülletenlər var. Bundan başqa, videokameraların, eləcə də müasir texniki avadanlığın bütün növlərinin olmasını xüsusi vurğulamaq istəyirəm".

Daha sonra ukraynalı deputat qeyd edib ki, bütün seçki məntəqələri bağlandıqdan sonra səsvermənin nəticələri brifinqdə elan ediləcək.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti