...

Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Siyasət Materials 16 Aprel 2018 17:52 (UTC +04:00)
Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Bakı. Trend:

Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi eşidəndə çox sevindim. Sizə ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf bilirəm.

Çin ilə Azərbaycan əməkdaşlıq sahəsində ənənəvi dost tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduqdan sonra hər iki tərəfin siyasi etimadı daim möhkəmlənir, bütün sahələrdə praqmatik əməkdaşlıq dərinləşir, iki ölkənin münasibətləri davamlı inkişaf edir. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Bütün sahələrdə əməkdaşlığı Sizin ilə birlikdə xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəltmək istəyirəm.

Bu yaxınlarda Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə verib. Çin tərəfi Azərbaycan tərəfinin ərizəsinə böyük əhəmiyyət verir və ŞƏT-in iştirakçısı olan digər ölkələrlə birlikdə onu vahid razılıq əsasında nəzərdən keçirəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyət, ali dövləti vəzifənizdə daim böyük uğurlar qazanmağı arzu edirəm.

Dövlətinizə tərəqqi, xalqınıza firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti