...

Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar (FOTO)

Siyasət Materials 18 Aprel 2018 11:41 (UTC +04:00)
Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.
Prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar (FOTO)

Bakı. Trend

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti