...

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Siyasət Materials 20 Aprel 2018 21:04 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Bakı. Trend:

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündardan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi və xalqınızı təbrik edirik.

Dost və qardaş Azərbaycan xalqı aprelin 11-də Sizi böyük səs çoxluğu ilə yenidən Prezident seçməklə birliyə, bərabərliyə, inkişafa və sabitliyə dəstəyini nümayiş etdirdi.

Azərbaycanımız Qafqazın parlayan ulduzu olan bir ölkədir. İqtisadi, sosial, mədəni sahələrdə mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Ölkənin, demək olar, hər guşəsi yenidən qurulmaqdadır. Azərbaycan dünya ölkələri arasında layiqli yer tutaraq, nüfuz sahibi olan dövlətə çevrilib. Azərbaycanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin siyasətinin, cənab Prezident, Sizin rəhbərliyinizlə davam etdirilməsi sayəsində mümkün olub.

Biz ölkənizdə keçirilən seçkilərin nəticəsini Türkiyədə “bir millət, iki dövlət” olaraq böyük sevinc hissi ilə qarşıladıq. Sizə və qardaş Azərbaycan xalqına bu qələbə münasibətilə bir daha səmimi təbriklərimizi çatdırır və uğurlarınızın davamlı olmasını arzulayırıq".

XXX

Varşava Azərbaycanlıları Birliyinin sədri Rəsul Məmmədovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli cənab Prezident. Azərbaycanda keçirilən Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Polşadakı Varşava Azərbaycanlıları Birliyinin çoxsaylı üzvləri adından təbrik edirik.

Sizin həyata keçirdiyiniz siyasətin nəticəsi göz önündədir. Ölkəmizin inkişafı, regionda artan nüfuzu, əhalinin sosial vəziyyətinin və firavanlığının ildən-ilə yaxşılaşması, Azərbaycanın hərbi qüdrətinin keçmiş dövrlə müqayisə edilməyəcək dərəcədə güclənməsi şəxsən Sizin uğurlu siyasətinizin nəticəsidir.

Hazırda ölkəmizin turizm potensialını reallaşdıraraq Vətənimizin tanıdılması üçün misilsiz işlər görürsünüz. Xüsusən, Azərbaycana gələn xarici ölkə vətəndaşları üçün “ASAN Viza” sisteminin tətbiqində göstərdiyiniz qətiyyəti qeyd etməyi özümüzə borc bilirik. Biz də, öz növbəmizdə, Polşada bacardığımız qədər ölkəmizi təbliğ edir və turizm məsələsinə xüsusi önəm veririk.

Azərbaycanda istər iqtisadi-sosial, istərsə də təhlükəsizlik sahələrində sabitlik hökm sürür. Yaxın və uzaq qonşularımız uzun illərdir qeyri-sabit həyat sürdükləri halda, Azərbaycan Respublikasının vətəndaşları ana vətənimizdə əmin-amanlıq şəraitində yaşayırlar. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini yüksək qiymətləndiririk və Avropada yaşayan azərbaycanlılar olaraq bu əlaqələrin inkişafına hər cür dəstək verməyə hazırıq.

Cənab İlham Əliyev, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayır və bu şərəfli işinizdə uğurlarınızın daimi olmasını diləyirik".

XXX

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Dr. Halit Erendən:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zali-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Əminik ki, Prezidentliyinizin yeni dönəmində də qardaş Azərbaycanın sabitliyinə və inkişafına, xalqınızın xoşbəxtliyinə və rifahına böyük töhfələr verəcəksiniz.

İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət qurumu olan Mərkəzimiz ilə Azərbaycandakı akademik qurumlar və mədəniyyət müəssisələri arasında davam edən əməkdaşlığın Zati-alinizin liderliyi ilə daha da möhkəmlənəcəyinə inanıram.

Bu xoş fürsətdən istifadə edərək bir daha təbriklərimi çatdırır, bölgədə sülhün, əmin-amanlığın və sabitliyin təmin olunması naminə həyata keçirdiyiniz siyasətin davamlı olmasını diləyirəm"

XXX

“Total” Şirkətlər Qrupu İdarə Heyətinin sədri, baş icraçı direktoru Patrik Puyanedən:

"Hörmətli cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bildiyiniz kimi, “Total” Şirkətlər Qrupu Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə əməkdaşlıq edərək Azərbaycanın neft və qaz sənayesinin uzunmüddətli inkişafına töhfə vermək niyyətindədir.

Bu xoş imkandan istifadə edərək, “Total” Şirkətlər Qrupu adından və şəxsən öz adımdan yeni prezidentlik dönəmində Sizə uğurlar arzulayıram".

XXX

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi şəxsən öz adımdan, Bəhreyn xalqı və hökuməti adından səmimi qəlbdən təbrik edirəm. Bu seçim ölkəni daha parlaq gələcəyə aparan liderlik bacarığınızı qiymətləndirən xalq tərəfindən Sizə göstərilən yüksək etimadı nümayiş etdirir.

Ali dövləti vəzifənizi yerinə yetirməkdə, xalqın yüksəliş və inkişaf amallarını həyata keçirmək işində Sizə uğurlar diləyirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Qırğızıstan Xalqları Assambleyası nəzdində inquş diasporunun sədri Əlixan Xamxoyevdən:

"Zati-aliləri hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Qırğız Respublikasındakı inquş diasporu adından səmimi qəlbdən təbrik edirəm.

Sizin qələbəniz şəxsən Zati-alinizə və dövlətin fəaliyyətinin bütün sahələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin güclənməsi, regional və qlobal təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirdiyiniz siyasi xəttə ümumxalq etimadının parlaq təsdiqidir.

Əminəm ki, Qırğızıstanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin rifahı naminə tərəfdaşlıq ruhunda davam etdiriləcək. Yürütdüyünüz daxili və xarici siyasət əminlik yaradır ki, Sizə xas olan müdriklik və qətiyyət Azərbaycan xalqının rifahını daha da yaxşılaşdıracaq və onun başqa xalqlarla daim mehriban münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə müvəffəqiyyət, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm"

XXX

Gürcüstanın “Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının sədri David Bejuaşvilidən, “Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının üzvü Gela Bejuaşvilidən:

"Hörmətli cənab Prezident. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi, ailənizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edək.

Son onilliklər ərzində Azərbaycan dinamik, dayanıqlı, davamlı inkişaf edib və möhkəmlənib. Əhalinin rifahı yaxşılaşıb, dövlət hakimiyyəti və idarəetmə sistemi möhkəmlənib, təhsil və səhiyyənin səviyyəsi yüksəlib. Dövlətin siyasi, ictimai, iqtisadi həyatının digər sahələrində böyük irəliləyişə nail olunub.

Qonşu və dost Azərbaycanın uğurlarını biz sevinc və iftixar hissi ilə izləyir, şəxsən Sizə və bütün dost Azərbaycan xalqına yeni-yeni uğurlar, firavanlıq və əmin-amanlıq arzulayırıq. Ölkənizin möhkəmlənməsində, müasir, güclü və nüfuzlu dövlətə çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək dəyərləndirir və unutmuruq. Qafqaz regionunun inkişafına və ölkələrimizin dünya xəritəsində geosiyasi mövqe tutmasına Sizin ulu öndər Heydər Əliyevin verdiyi töhfələri minnətdarlıq və ehtiramla xatırlayırıq.

Hörmətli İlham Heydər oğlu, çox sağ olun ki, Siz öz xalqının və Vətəninin sədaqətli oğlu olan atanızın tarixi irsini ləyaqət və iftixarla davam və inkişaf etdirirsiniz.

Arzu edirik ki, Azərbaycan layiq olduğu sülhə, tərəqqiyə və dövlətin ərazi bütövlüyünün bərpasına nail olsun. Gürcüstanla Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə bacardığımız qədər töhfə verməyə, ölkələrimizin iqtisadi potensialını möhkəmləndirməyə, Azərbaycanın getdikcə inkişaf edən iqtisadiyyatına investisiyalar cəlb etməyə və özümüz investisiya qoymağa hər zaman hazır olduğumuzu bildiririk.

Biz Azərbaycanı daha qüdrətli, vahid və firavan görmək istəyirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan yeni-yeni uğurlar qazanacaq və gələcəyə inamla addımlayan geniş real imkanları olan ölkə kimi qalacaq".

XXX

Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqının sədri Leyla Süleymanovadan:

"Hörmətli cənab Prezident İlham Əliyev. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə Sizə yeni-yeni uğurlar arzulayıram".

XXX

Braziliya Milli Konqresinin Deputatlar Palatasında Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, federal deputat Klaudio Kajadodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Zati-aliləri. Braziliya Milli Konqresinin Deputatlar Palatasında Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olaraq demokratik və azad seçki şəraitində yenidən Prezident seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasına və xalqına dərin hörmətimi və heyranlığımı bildirirəm.

Zati-aliləri, yeni Prezidentlik dönəmində Sizə müvəffəqiyyətlər və nailiyyətlər arzulayıram. Əminəm ki, bu dövr Azərbaycan üçün daha da uğurlu olacaqdır.

Azərbaycanın mühüm beynəlxalq aktor olduğunu bir daha təsdiqləyərək bildirirəm ki, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi mən Sizin və Azərbaycan hökumətinin ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş səylərinizi hər zaman dəstəkləməyə hazıram".

XXX

Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasına daha sürətli inkişaf və onun xalqına rifah arzu edirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirirəm".

XXX

Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasına daha sürətli inkişaf və onun xalqına rifah arzu edirəm.

Zati-aliləri, Sizə dərin ehtiramımı bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti