...

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi təyin olunub

Siyasət Materials 23 Aprel 2018 19:16 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətinin yeni rəisi təyin olunub.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Vüsal Əfqan oğlu Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, V.Hüseynov V çağırış Milli Məclisin deputatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti