Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.