...

Siyavuş Novruzov: Ümummilli Lider Heydər Əliyev dövlət maraqlarını hər şeydən üstün tuturdu

Siyasət Materials 10 May 2018 13:24 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyev dövlət maraqlarını hər şeydən üstün tuturdu.
Siyavuş Novruzov: Ümummilli Lider Heydər Əliyev dövlət maraqlarını hər şeydən üstün tuturdu

Trend-i buradan izləyin

Bakı. Trend:

"Biz Ümummilli Lider Heydər Əliyevin dövlət maraqlarını hər şeydən üstün tutduğunun şahidiyik. Ulu Öndər Azərbaycanın bütün qayğılarını əzbər bilən bir insan idi”.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı keçirilən xüsusi iclasda çıxışı zamanı deyib.

Ulu Öndər Heydər Əliyevin ədalətli insan olduğunu xüsusi vurğulayan deputat S.Novruzov bildirib: “Azərbaycanda yaşayanlar tərəfindən vaxtilə Heydər Əliyevə qarşı Moskvada ədalətsizlik edildi. Bütün bunlara baxmayaraq, o, hər kəsə ədalətlə yanaşır, onları bağışlayırdı. Ümummilli Lider Heydər Əliyev ədalətsizliyə qarşı mübarizə aparırdı. Dahi şəxsiyyət mübariz idi. Amma Ulu Öndəri ağrıdan məsələ sonradan bəzilərinin ona xəyanət etməsi oldu”.

Millət vəkili Heydər Əliyevin ümumbəşəri şəxsiyyət olduğunu vurğulayıb: “O, bütün bəşəriyyət üçün çalışıb. Ümummilli Lider partiya yaratmaq istəmirdi. Lakin sonradan əhalinin vəziyyətini dəyişmək üçün Yeni Azərbaycan Partiyasını yaratdı. Hazırda Yeni Azərbaycan Partiyası Ulu Öndərin əsasını qoyduğu siyasətin davam etdirilməsi istiqamətində əsaslı işlər aparır. Çünki bu, Heydər Əliyevin siyasi xəttidir. Bizim borcumuz Azərbaycanın müstəqilliyinin əbədi olması üçün çalışmaqdır. Ümummilli Lider həm də humanist şəxsiyyət idi. Bildiyiniz kimi, Şərqdə ilk dəfə ölüm hökmü məhz dahi şəxsiyyət tərəfindən ləğv edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti