...

Prezident İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 29 May 2018 15:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidenti Filip Roqu qəbul edib.
Prezident İlham Əliyev “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidenti Filip Roqu qəbul edib.

Görüşdə Azərbaycan ilə “Microsoft” şirkəti arasında səmərəli əməkdaşlığın aparıldığı bildirildi, bu təşkilatın Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin önəmi qeyd olundu.

Filip Roq təmsil etdiyi şirkətin fəaliyyəti ilə bağlı məlumat verdi.

Dövlətimizin başçısı Azərbaycanda İKT sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, ölkəmizdə bununla bağlı görülən işlərdən danışdı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti