...

Prezident İlham Əliyev Göyçay çayı üzərindəki körpünün bərpasına vəsait ayırıb

Siyasət Materials 7 İyun 2018 17:51 (UTC +04:00)
Prezident İlham Əliyev Göyçay çayı üzərindəki körpünün bərpasına vəsait ayırıb.
Prezident İlham Əliyev Göyçay çayı üzərindəki körpünün bərpasına vəsait ayırıb

Bakı. Trend:

Prezident İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, M-4 Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti