...

"Yandex"də erməni təxribatının qarşısı alınıb

Siyasət Materials 29 Noyabr 2018 17:42 (UTC +04:00)
Rusiyaya məxsus Yandex.ru axtarış sistemində Azərbaycan Respublikası ilə bağlı dezinformasiya Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə müdaxiləsilə proqramdan çıxarılıb.
"Yandex"də erməni təxribatının qarşısı alınıb

Bakı. Trend:

Rusiyaya məxsus "Yandex.ru" axtarış sistemində Azərbaycanla bağlı dezinformasiya Diasporla İş üzrə Dövlət Komitəsinin məsələyə müdaxiləsilə proqramdan çıxarılıb.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Bununla bağlı Dövlət Komitəsinə məlumat daxil olan kimi Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına təxribatın qarşısının alınması məqsədilə müəyyən tövsiyələr verilib.

Məsələ ilə əlaqədar “Moskvanın Azərbaycan İcması” təşkilatının sədri Şamil Tağıyev sosial şəbəkə vasitəsilə soydaşlarımıza Yandex rəhbərliyinə müraciət ünvanlamalarını xahiş edib. Diaspor təşkilatlarının və ümumilikdə soydaşlarımızın kəskin etirazları nəticəsində sistemdə yerləşdirilmiş Azərbaycan haqqında dezinformasiya proqramdan çıxarılıb.

Qeyd edək ki, sistemin smartfonlar üçün hazırladığı səsli proqramda Azərbaycan haqqında sorğuya yanlış məlumat yerləşdirilmişdi. Məlumatda Azərbaycan Respublikası ləzgi, gürcü və erməni torpaqlarında yaradılan qondarma dövlət kimi təqdim olunurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti