Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Meksikanın yeni seçilmiş Prezidentinin inauqurasiya mərasimində iştirakı və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.