...

Azərbaycanda məhkəmə proseslərinin onlayn rejimdə də müşahidə edilməsi mümkün olacaq

Siyasət Materials 28 Dekabr 2018 12:47 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda məhkəmə proseslərinin onlayn rejimdə də müşahidə edilməsi mümkün olacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Mülki Prossesual Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, işdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin iclas zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada, həmçinin məhkəmənin icazəsi ilə kompüterdən istifadə etməklə istifadə etməklə qeydə almaq hüququ var. Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla, məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər.

Bəndə edilən əlavədə qeyd olunub ki, məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və iclasın onlayn rejimdə müşahidə edilməsi imkanı, habelə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı “Elektron məhkəmə” informasiya sistemi tərəfindən təmin olunur.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti