...

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 6 Fevral 2019 13:14 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək. Bu barədə Trend Özbəkistanın "UPL 24" informasiya saytına istinadən məlumat verir.

Səfərin dəqiq tarixi açıqlanmasa da, yaxın vaxtlarda baş tutacağı bildirilir.

Qeyd olunur ki, qarşıdakı səfər haqqında məlumatı bu ölkədə səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev də təsdiq edib. Ş.Mustafayevin səfərlə bağlı məsələləri Özbəkistan Baş nazirinin müavini Elyor Qaniyevlə müzakirə etdiyi deyilir.

Görüşdə E.Qaniyev deyib ki, Özbəkistan tərəfi Azərbaycanla iqtisadi münasibətlərin daha da yaxşılaşacağına ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti