Bakı. Trend:
Uzun zaman ərzində ilk dəfə Ermənistan lideri Dağlıq Qarabağdan deyil, buna görə o çox diqqətli olmalıdır və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində radikal addımlar atmamalıdır.
Trend-in "Eurasia Daily"yə istinadən verdiyi məlumata görə, bu barədə "Amerikanın Səsi"nə ("Qolos Ameriki") müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq müvəqqəti həmsədri səfir Riçard Hoqland deyib.
Səfir əmindir ki, Ermənistanın baş naziri Nikol Paşinyan üçün Dağlıq Qarabağ münaqişəsi çox çətin problemdir: "Dağlıq Qarabağ münaqişəsinin həllində ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir".
R.Hoqland dövlət xidmətini tərk etdiyini və indi öz şəxsi nöqteyi-nəzərini bildirdiyini vurğulayıb.
Bu yaxınlardakı hadisələr, həmçinin tərəflər arasında davam edən dialoq və təmas xəttində toqquşmaların kəskin azalması R.Hoqlandı optizm haqqında düşündürür, lakin sabiq diplomat ciddi irəliləyiş gözləməməyi məsləhət görür.
O qeyd edib ki, Lavrovun planı adlandırılan planı heç bir tərəf qəbul etməyib. Sergey Lavrov tərəfindən hazırlanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənəd Madrid prinsipləri üzərində bəzi fəqlərlə hazırlanıb.