...

Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar

Siyasət Materials 26 Fevral 2019 15:47 (UTC +04:00)
Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar.
Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar

Bakı. Elçin Mehdiyev - Trend:

Misirli deputatlar Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar.

Trend-in məlumatına görə, Misir Nümayəndələr Məclisinin Misir-Azərbaycan dostluq qrupunun rəhbəri professor Usamə əl-Abd qrup üzvlərinin adından Xocalı faciəsi ilə bağlı bəyanat imzalayaraq Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili, akademik Gövhər Baxşəliyevaya göndərib.

Misir-Azərbaycan dostluq qrupunun üzvləri bəyanatda 26 fevral 1992-ci il anım gününün ağrı-acısını bölüşdüklərini və bu məsələdə Azərbaycanla həmrəy olduqlarını qeyd ediblər.

Misirli deputatlar ümid etdiklərini bildiriblər ki, Xocalı faciəsi beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinə tam uyğun şəkildə dünya ictimaiyyəti tərəfindən siyasi, qanuni və ədalətli qiymətini tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti