...

ABŞ-ın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Siyasət Materials 7 Mart 2019 21:14 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı yeni səfiri Bakıya gəlib.
ABŞ-ın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litsenberger Bakıya gəlib.

Trend-in məlumatına görə, E.Litsenbergerin Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi bu ilin yanvarında Senat tərəfindən təsdiq edilmişdi.

O bu postda 2018-ci ilin martında Azərbaycanda diplomatik missiyasını başa vuran Robert Sekutanı əvəzləyib.

Yeni səfir: ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur

Yeni səfir: ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur

E.Litsenberger müxtəlif vaxtlarda Marşall Fondunda baş elmi işçi, ABŞ-ın NATO missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini, həmçinin ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti