...

Yeni səfir: ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur

Siyasət Materials 6 Mart 2019 18:57 (UTC +04:00)
ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur
Yeni səfir: ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri mövcuddur.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı yeni səfiri Erl Litsenberger deyib.

O xatırladıb ki, 34 illik diplomat karyerası ərzində Əfqanıstan, Əlcəzair, Belçika, Bolqarıstan, Fransa, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Serbiyada işləyib:

“İndi mən Azərbaycana gəlməkdən məmnunam. ABŞ və Azərbaycan arasında möhkəm tərəfdaşlıq münasibətləri var. Ölkələrimiz 25 ildən artıqdır ki, təhlükəsizlik, energetika, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir olaraq mən ikitərəfli münasibətlərin bütün aspektlərinin möhkəmlənməsi və yeni əməkdaşlıq sahələrinin axtarışları üzərində işləyəcəyəm. Mən səbrsizliklə hər təbəqədən insanlarla ünsiyyət qurmağı və müxtəlif fikirləri eşitməyi gözləyirəm”.

Qeyd edək ki, E.Litsenberger səfir vəzifəsində ötən ilin martında missiyasını başa vurmuş Robert Sekutanı əvəz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti