...

“Baku Network” Ekspert Şurasının rəhbəri Moskvada təhlükəsizlik konfransında iştirak edəcək

Siyasət Materials 22 Aprel 2019 15:46 (UTC +04:00)
“Baku Network” Ekspert Şurasının rəhbəri, TREND İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov Moskvada VII Beynəlxalq təhlükəsizlik konfransında iştirak edəcək.
“Baku Network” Ekspert Şurasının rəhbəri Moskvada təhlükəsizlik konfransında iştirak edəcək

Bakı. Trend:

“Baku Network” Ekspert Şurasının rəhbəri, TREND İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov Moskvada VII Beynəlxalq təhlükəsizlik konfransında iştirak edəcək.

Trend-in məlumatına görə, konfrans aprelin 23-25-də keçiriləcək.

Konfransda iştirak etmək üçün E.Ələsgərov və müdafiə nazirinin müavini Kərim Vəliyevin rəhbərliyi ilə nazirliyin nümayəndələri dəvət olunublar.

Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Plenar iclaslar zamanı təhlükəsizliyin regional aspektləri və hərbi qurumların dövlət təhlükəsizliyinə təhdidlərə reaksiyası üzrə fəaliyyətinin xüsusiyyətləri, eləcə də digər məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti