...

Tahir Mirkişili: İqtisadi inkişafın son məqsədi vətəndaşın daha yaxşı yaşamasını təmin etməkdir (VİDEO)

Siyasət Materials 22 May 2019 10:30 (UTC +04:00)
İqtisadi inkişafın son məqsədi vətəndaşın daha yaxşı yaşamasını təmin etməkdir.
Tahir Mirkişili: İqtisadi inkişafın son məqsədi vətəndaşın daha yaxşı yaşamasını təmin etməkdir (VİDEO)

Bakı. Samir Əli – Trend:

İqtisadi inkişafın son məqsədi vətəndaşın daha yaxşı yaşamasını təmin etməkdir.

Bunu Trend-ə "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, əhaliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır:

“İqtisadiyyat inkişaf etməzsə, dövlət varlı olmazsa və gəlir mənbələri olmazsa, bu xidmətlərin təmin edilməsi kifayət qədər çətin olardı. Ona görə də iqtisadiyyatın inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli islahatlar Azərbaycanda əldə olunan yeni və əlavə gəlirlərin daha çox vətəndaşa istiqamətlənməsini təmin edir. Biz bunu müşahidə edirik”.

T.Mirkişili bildirib ki, bu il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesində qeydə alınan artımlar dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir.

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti