...

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub

Siyasət Materials 29 May 2019 12:24 (UTC +04:00)
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov məlumat verib.

M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.

"Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. Ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə, ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti