...

Gürcüstan XİN: Abxaziya və Tsxinvali komandalarının Dağlıq Qarabağda çempionatda iştirak etməsi işğalçı rejimlərə legitimlik vermək üçün əsas deyil

Siyasət Materials 3 İyun 2019 18:41 (UTC +04:00)
Gürcüstan XİN Azərbaycanın işğal altındakı ərazilərində keçirilən turnirə münasibət bildirib
Gürcüstan XİN: Abxaziya və Tsxinvali komandalarının Dağlıq Qarabağda çempionatda iştirak etməsi işğalçı rejimlərə legitimlik vermək üçün əsas deyil

Bakı. Trend:

"Tanınmamış Dağlıq Qarabağda Abxaziya və Tsxinvali bölgələrindən gələn futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatı keçirilir. Həmin tədbirin təşəbbüskarı və təşkilatçısı CONİFA, yəni tanınmamış bölgələrin futbol assosiasiyaları Konfederasiyasıdır. Əsasən tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONİFA və ona bənzər təşkilatları FİFA və UEFA tanımır. Buna görə, Abxaziya və Tsxinvali futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz".

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Gürcüstan tərəfindən tanınmama istiqamətində həyata keçirilən siyasətə beynəlxalq ictimaiyyətin dəstəyi və mövqeyi dəyişməzdir və bu bir sıra beynəlxalq sənədlər və bəyanatlarda əks olunub:

"Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti