...

Millət vəkili: Azərbaycan artıq müxtəlif idman növləri üzrə beynəlxalq tədbirlərin keçirildiyi idman ölkəsinə çevrilib

Siyasət Materials 23 Sentyabr 2019 14:10 (UTC +04:00)
Azərbaycan artıq müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi bir idman ölkəsinə çevrilib.
Millət vəkili: Azərbaycan artıq müxtəlif idman növləri üzrə beynəlxalq tədbirlərin keçirildiyi idman ölkəsinə çevrilib

Bakı. Trend:

Azərbaycan artıq müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi bir idman ölkəsinə çevrilib.

Trend-in məlumatına görə, bunu millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, Bakı şəhərində 16-22 sentyabr tarixlərində keçirilən gimnastika üzrə 37-ci dünya çempionatı uğurla başa çatıb: "61 ölkəni təmsil edən 300-dən çox gimnast həm dünya birinciliyi, həm də 32-ci Yay Olimpiya Oyunlarına lisenziya uğurunda mübarizə aparıblar. Azərbaycan Respublikasının I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dünya birinciliyi çox yüksək səviyyədə təşkil olunmuşdu.

Mundial bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan artıq müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarının və digər beynəlxalq tədbirlərin keçirildiyi bir idman ölkəsinə çevrilib. Azərbaycan Bakı-2015 I Avropa Oyunlarına, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına, “Formula I”ə, UEFA Avropa Liqasına ev sahibliyi edib. Gələn il Avropa-2020-nin 3 qrup və 1 final oyunu Bakıda təşkil olunacaq. Bütün bunlar Azərbaycanın uğurlarıdır və eyni zamanda Azərbaycanın dünyada təbliğ olunmasında böyük rol oynayır.

Gimnastlarımız bu çempionatda uğurla çıxış edərək 32-ci Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Gimnastika sahəsində əldə olunan uğurlarımız Azərbaycanın I vitse-Prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində respublikamızda idmanın bu növü üçün lazım olan, dünya standartlarına cavab verən maddi-texniki baza yaradılıb və Azərbaycanda gimnastika sürətlə inkişaf edib. Azərbaycan gimnastları iştirak etdikləri bütün yarışlarda yüksək nəticələr əldə edirlər.

İnanırıq ki, Gimnastika üzrə milli komandamız bundan sonra da yarışlarda uğurla iştirak edəcək və 2020-ci ildə Tokioda keçiriləcək 32-ci Yay Olimpya Oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti