...

Elmar Məmmədyarov BMT BA-nın 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşüb

Siyasət Materials 26 Sentyabr 2019 22:24 (UTC +04:00)

Bakı. Trend:

Elmar Məmmədyarov BMT BA-nın 74-cü sessiyası çərçivəsində Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Abul Qeyt ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Ərəb Dövlətləri Liqası arasında mövcud əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edildi və əməkdaşlığın bir çox sahələrdə daha da dərinləşməsi üçün birgə səylərin intensivləşdirilməsinin vacibliyi vurğulandı.

Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Sammiti və Azərbaycanın Hərəkatda sədrliyi məsələlərini müzakirə etdilər.

Görüş əsnasında, həmçinin regional təhlükəsizlik gündəliyində duran bir sıra məsələlər, o cümlədən qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti