Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib (FOTO) (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Baş Nazir Giorgi Qaxariyanı salamlayan Prezident İlham Əliyev dedi:

-Hörmətli cənab Baş Nazir. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

İlk növbədə, sizi Baş Nazir vəzifəsinə seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Siz dəfələrlə Azərbaycanda səfərdə olmusunuz. Mən sizinlə keçirdiyim görüşləri böyük məmnunluq hissi ilə xatırlayıram. Bu dəfə siz qardaş ölkənin Baş Naziri kimi Azərbaycana səfər edirsiniz və sizin Baş Nazir kimi ilk xarici səfərinizdir. Bu, bizi olduqca məmnun edir. Birinci səfəriniz Azərbaycana edilir və bu, bir daha onu göstərir ki, Azərbaycan Gürcüstan üçün çox önəmli və ən yaxın tərəfdaşlardan biridir. Bizim üçün də Gürcüstan ən yaxın tərəfdaşdır və ən yaxın ölkələrdən biridir. Bizi birləşdirən ortaq tarix, ortaq coğrafi məkan əlaqələrimizin inkişafı üçün gözəl təməldir. Müstəqillik dövründə əlaqələrimiz uğurla inkişaf edib və bu gün bir çox sahələri əhatə edir. Biz beynəlxalq təşkilatlarda bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik.

Şadam ki, iqtisadi sahədə gözəl nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdədir. Birgə həyata keçirdiyimiz neft-qaz və nəqliyyat layihələri ikitərəfli formatdan çıxıb və qlobal məna daşıyır. Əlbəttə ki, insanlar arasındakı əlaqələr xüsusi məna daşıyır. Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu əlaqələrin inkişafında çox önəmli amildir. Bir daha sizi salamlayıram və "Xoş gəlmisiniz!" deyirəm.

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya dedi:

-Təşəkkür edirəm, cənab Prezident, səmimi və xoş qəbulunuz üçün. Mənim üçün böyük şərəfdir ki, ilk xarici səfərimi məhz Azərbaycana edirəm. Bu, təsadüfi deyil ki, biz ilk səfəri Azərbaycan Respublikasına etdik. Biz bu qərarı ona görə qəbul etdik ki, düşmənə və dosta sübut edək, Azərbaycan və Gürcüstan arasında heç bir həll olunmayan məsələ yoxdur və ola bilməz.

Mən Sizinlə görüşləri xatırlayıram, biz bütün məsələlər ətrafında açıq söhbət edirdik. Bu, mənim üçün böyük təcrübə idi. Siz dediyiniz kimi, Azərbaycan və Gürcüstan ən yaxın dost və qardaş ölkələrdir. Həqiqətən bizim əməkdaşlığımız və tərəfdaşlığımız regional çərçivədən çıxdı və beynəlxalq müstəviyə yüksəldi, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində. Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Bizim üçün çox vacib olan məsələdə - Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.

Əlbəttə ki, insanlarımız arasında mehriban, dost münasibətlər də çox mühümdür və vacibdir. Bizim xalqlar arasındakı əlaqələr uzunəsrlidir və mədəni əlaqələrdir. Bizim xalqlarımız arasında münasibətlərin böyük tarixi var.

Əminəm ki, bugünkü səfərim, bugünkü görüşlərimiz son dərəcə səmərəli olacaq, dosta və düşmənə bir daha göstərəcək ki, Gürcüstan və Azərbaycan arasındakı əlaqələr hər zaman dost əlaqələridir. Onlar arasında həll olunmayan məsələlər yoxdur və onlar hər zaman bütün məsələlərdən çıxış yolu tapa bilərlər.

Səmimi qəbul üçün Sizə bir daha təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş Naziri Giorgi Qaxariya işçi nahar etdilər.

Şuşaya növbəti sərnişin avtobus reysi yola düşüb (FOTO/VİDEO)
Şuşaya növbəti sərnişin avtobus reysi yola düşüb (FOTO/VİDEO)
Azərbaycan Ordusunun mayoru koronavirusdan vəfat edib
Azərbaycan Ordusunun mayoru koronavirusdan vəfat edib
Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb
Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb
Loading Bars
Xəbər lenti
Şuşaya növbəti sərnişin avtobus reysi yola düşüb (FOTO/VİDEO)
Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub
"Instagram"ın işində qüsurlar yaranıb
Türkiyədə ötən sutka koronavirusa rekord sayda yoluxma qeydə alınıb
DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib
Kanadanın baş naziri uşaqlarından birinin koronavirusa yoluxması ilə əlaqədar özünü təcrid edib
İtaliyada prezident seçkilərinin altıncı turu da nəticəsiz yekunlaşıb
ABŞ yaxın zamanda Şərqi Avropa və NATO ölkələrinə qoşun göndərəcək - Bayden
Ərdoğan yeni ədliyyə naziri təyin edib
Aİ Rusiyanın yeni sanksiyalarını şərh edib
2021-ci ildə Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb
Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb
Dekabrda Rusiyada COVİD-19 diaqnozu ilə 50 mindən artıq insan ölüb
Azərbaycan Ordusunun mayoru koronavirusdan vəfat edib
Türkiyə Qırğızıstan-Tacikistan sərhədində atəşkəsi alqışlayır - XİN
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb (VIDEO)
BMT təşkilatın büdcəsinə ödənişlərə görə Azərbaycana təşəkkür edib
Pensilvaniyada körpü çöküb, xəsarət alanlar var
Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb
Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına daxil olub - faşist Njde haqqında filmin nümayişi dayandırılıb
Tunisdə terror aktının qarşısı alınıb
Rusiya - Ukrayna gərginliyi davam edərsə, Avropa bazarında mavi yanacağın qiyməti artacaq (VİDEO)
Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib
Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya hədsiz təşəkkür edirik - Binə sakinləri (FOTO/VİDEO)
Hindistan səfirliyi Qanvermə Aksiyası təşkil edib (FOTO)
Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL
Azərbaycanın xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
Yeni multibrend avtomobillərə xidmət mərkəzi - Motor House (FOTO/VİDEO)
YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin olunub - TAM SİYAHI (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azercell-in “Nizami İli”nə töhfəsi Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirildi
BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək
Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Avropanın böyük özəl liman operatoru Bakı Limanı ilə əməkdaşlıq edəcək
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 14-cü Berlin Konfransında iştirak edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 564 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb
Kamran Əliyev Almaniyanın Federal Baş prokuroru ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Bağdad hava limanı raket atəşinə tutulub
Füzuli rayonunda traktor minaya düşüb
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
Dünyada ərzaq qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb - FAO (ÖZƏL)
QHT Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Azərbaycan Yazıçılar Birliyində Yunus Oğuzun "Uçurum" romanının təqdimatı olub
Azad olunmuş ərazilərdə İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaq
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Əli Əhmədov Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək
MÜSİAD Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivləri müzakirə edilib (FOTO)
Rumıniyanın energetika naziri Azərbaycana gələcək
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
ARDNF Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit qoyub
Sabah güclü külək əsəcək
ÜGT ilə Azərbaycan arasındakı əlaqələr dinamik inkişaf edir (FOTO)
Bakıda təqribən 1500 nəfərə 1 vəkil düşür - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Növbəti tədris ilinədək yeni nümunəvi qaydalar təqdim ediləcək
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
Bakı-Qazax yolunda dəhşətli qəza (VİDEO)
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Bakıda “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı
İşğaldan azad edilmiş digər ərazilər üzrə də sərnişindaşıma mərhələli şəkildə təmin ediləcək (ÖZƏL)
Sonradan peşman olmamaq üçün internetdəki məlumatlarla necə davranmalı: Kaspersky-nin yoxlama siyahısı (çek list)
Şabran sakini evində olan odlu silahı polisə təhvil verib
Dağlıq rayonlarda yollar buz bağlayacq
"Azərsu" azad edilmiş ərazilərdəki xidmət sahələri üçün avtomobil və ekskovatorlar alıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb
“YAŞAT” Fondu şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına dəstək göstərib (VİDEO)
Qarabağda astronomik stansiya qurulacaq
Abşeronda narkotik satan daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb
Ağacların dibi asfaltdan təmizlənib (FOTO)
AccessBank ilin ilk təcrübə proqramına start verir
Rəqəmsal banklarla bağlı yeni hüquqi bazanın yaradılması planlaşdırılmır
“Buta Airways” fevralda Mineralnıye Vodıya uçuşları bərpa edir
Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov
Tərbiyə ocağı, yoxsa çayxana - Məktəblərdə nə baş verir?
Lavrov Zelenskini Rusiyaya dəvət edib
Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)
Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır
Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov
Hafiz Məmmədov ev dustaqlığına buraxılmadı
Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib (FOTO)
Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb
Azərbaycanın ötən il ixrac etdiyi qazın həcmi açıqlanıb
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir - PA rəsmisi
"Buta Airways" Xarkova uçuşlar həyata keçirəcək
Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı danışıqlar aparılmır - Elman Rüstəmov
Bütün xəbərlər