...

Elmar Məmmədyarov Afrika İttifaqı Komissiyasının Siyasi məsələlər üzrə Komissarını qəbul edib (FOTO)

Siyasət Materials 24 Oktyabr 2019 13:32 (UTC +04:00)

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Afrika İttifaqının Siyasi məsələlər üzrə Komissarı Sessuma Minata Samateni qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri barədə məlumat verərək ölkəmizin Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Azərbaycanda olmasından məmnunluğunu bildirən S.M.Samate ölkəmizdə iqtisadi sahədə yüksək inkişafı müşahidə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, o, Afrika İttifaqının bir sıra sahələrdə, ələxüsus ictimai xidmətlər sektorunda ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti