...

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 26 Oktyabr 2019 19:51 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Abdel Fattah Abdelrahman Al-Burhan Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. O, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliyini vurğuladı. Abdel Fattah Abdelrahman Al-Burhan Azərbaycanın inkişafının, ölkəmizdə olan sabitliyin və əmin-amanlığın, paytaxt Bakının gözəlliyinin onda böyük təəssürat yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişafına və həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyini dedi.

Görüşdə Azərbaycan ilə Sudan arasında iqtisadi-ticari, elm-təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti