Zakir Həsənov: Bugünkü iclas ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək (YENİLƏNİB-4) (FOTO)

Zakir Həsənov: Bugünkü iclas ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək (YENİLƏNİB-4) (FOTO)

İlk xəbər saat 08:50-də yayılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak ediblər.

Əvvəlcə iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Müdafiə naziri Zakir Həsənov qonaqları salamlayıb:

“Əziz dostlar, hörmətli həmkarlar, Sizi qonaqpərvər Azərbaycan torpağında salamlamağıma şadam. Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir. İlk növbədə Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərara görə Sizə öz təşəkkürümü bildirmək istərdim. Qeyd etmək istərdim ki, bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir. Səmimi qəlbdən ümid edirəm ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərimizin gələcək inkişafına xidmət edəcək.

Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.

Fürsətdən istifadə edərək bu iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirmək istərdim.

Ümid edirəm ki, hamınız Azərbaycanda olmağınızdan məmnun qalacaq və Bakı ilə daha yaxşı tanış olmaq və bu gün ölkəmizdə baş verən pozitiv dəyişiklikləri yaxından müşahidə etmək imkanını əldə edəcəksiniz. Burada olan hər bir kəsə ölkələriniz naminə qarşınızda duran məsuliyyətli və mühüm məsələlərin həllində uğurlar və səmərəli işləməyi arzu edirəm".

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu iclasın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qeyd edib ki, təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda və Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçirilən iclaslarında bir daha təsdiqlənib.

O bildirib ki, MDB Müdafiə Nazirləri Şurasının fəaliyyəti çoxsahəli hərbi əməkdaşlığın inkişafına davamlı töhfələr verir. MDB ölkələrinin Müdafiə nazirlərinin hər bir görüşü üzv dövlətlərin hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqların olduğunu göstərir. Bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin yer alması buna nümunədir.
İcraiyyə Komitəsinin sədri MDB-yə sədrliyin gələn il Özbəkistana keçdiyini xatırladıb.

İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçiriblər.

Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsinə hazırlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib.

İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı təsdiq edilib. Bundan başqa, iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də diqqət mərkəzində olub.

XXX

saat 08:50

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcəklər.

Həmçinin, iclasda "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə ediləcək, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.

Bundan başqa, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Abşeronda narkotik satan daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb
Ağacların dibi asfaltdan təmizlənib (FOTO)
AccessBank ilin ilk təcrübə proqramına start verir
Rəqəmsal banklarla bağlı yeni hüquqi bazanın yaradılması planlaşdırılmır
“Buta Airways” fevralda Mineralnıye Vodıya uçuşları bərpa edir
Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov
Tərbiyə ocağı, yoxsa çayxana - Məktəblərdə nə baş verir?
Lavrov Zelenskini Rusiyaya dəvət edib
Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)
Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır
Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov
Hafiz Məmmədov ev dustaqlığına buraxılmadı
Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib (FOTO)
Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb
Azərbaycanın ötən il ixrac etdiyi qazın həcmi açıqlanıb
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir - PA rəsmisi
"Buta Airways" Xarkova uçuşlar həyata keçirəcək
Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı danışıqlar aparılmır - Elman Rüstəmov
Bu il cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər - Elman Rüstəmov
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib
Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
2023-cü ildə Azərbaycanda inflyasiya sabitləşəcək - Elman Rüstəmov
Sabah hava yağıntısız keçəcək
Ötən il Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib
Ahıl kişinin başına daşla vuraraq pulunu alan şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb
Qırğızıstan Tacikistanla sərhəddə 24 mindən çox sakini təxliyə edib
İlahiyyat İnstitutunda qış imtahan sessiyası başa çatıb (FOTO)
"COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda vebinar keçirilib (FOTO)
Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır
Mərkəzi Bank uçot dərəcəsini artırıb
Zakir Sultanov 11 il azadlıqdan məhrum edildi
MÜSİAD Azərbaycan Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsinə önəm verir (FOTO)
Dövlət tərəfindən sahibkarların 62 milyon manat kredit faizi ödənilib
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb
“PAŞA Bank”ın fərdi sahibkar müştəriləri biznes kreditini ASAN imza ilə əldə edə bilərlər (VİDEO)
Minaaxtaranlar üçün Ağdamda yeni mobil düşərgə salınıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında vəziyyət necədir? - AÇIQLAMA
Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb
PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb
Ötən il sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilib
Güzəştli pensiyalarla bağlı komitə sədrindən AÇIQLAMA
AZƏRTAC ilə UNA arasında əməkdaşlıq yeni hədəflərə istiqamətlənir (FOTO/VİDEO)
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
“Omikron”dan sonra fəsadlar qala bilər? - Həkim
Cəlilabadda qonşusunu bıçaqlayıb öldürən şəxs həbs olunub
Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Ötən gün 13 yanğın olub (VİDEO)
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır
Çin koronavirusa qarşı yeni vaksini sınaqdan keçirib
Polis sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib
VTB (Azərbaycan) nağd kreditin maksimal məbləğini artırıb
Azərbaycanda koronavirusa yoluxma statistikası açıqlanıb
Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işlərinin növbəti mərhələsi başlanıb (FOTO)
Vidadi Muradovun cinayət işinə xitam verilib
11 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb
Töhmət verilən müəllim nazirliyin qərarından narazıdı: Xəbərim olmayıb
Lənkəranda narkotik satan ana-oğul saxlanılıb (FOTO)
Salyanda mağaza yanıb
Korçay qoruğunun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı üzərində iş aparılır
Salyan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
Toyda karantini pozan 1 nəfər həbs edilib, 2 nəfər cərimələnib
Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 Qırğızıstan əsgəri yaralanıb
Amerikalı professor Mingəçevir Dövlət Universitetində seminar keçib (FOTO)
Xorvatiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya imkanları ilə bağlı danışıqlar aparır - Səfir (Müsahibə) (FOTO)
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitdir
İlon Mask 21 milyard dollardan çox vəsait itirib
Daha üç Qırğızıstan vətəndaşı sərhəddə baş verən atışma zamanı yaralanıb
Türkiyə XİN BMT-nin Kiprdəki sülhməramlılarının mandatının uzadılmasına dair açıqlama yayıb
“Neftçi” növbəti transferini reallaşdırıb
Şimali Koreya uzaq mənzilli ballistik raket sınağını keçirib
Türkiyədə ötən sutka koronavirusa 82 mindən artıq yoluxma qeydə alınıb
Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)
"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb
Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib
Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib
Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
Bütün xəbərlər