• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)

14 Noyabr 2019 17:18 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov dedi:

-Çox sağ olun, hörmətli cənab Prezident. Həqiqətən, mən hətta bu gün iştirak edən ölkələrin sayına diqqət yetirdim: 80 ölkə, 10-dan çox dini təşkilat. Əlbəttə, kifayət qədər ciddi meydandır. Bütün qitələrdən, dünyanın bütün ölkələrindən gəlib iştirak edirlər. Eyni zamanda, bizim əziz Şeyximizi yubiley münasibətilə təbrik etmək üçün səbəbdir. Mən təkcə Sizin dəvətinizlə bu il artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm.

Prezident İlham Əliyev dedi:

-Bəli. Mən çox şadam ki, tez-tez gəlirsiniz. Bu, çox mühümdür, faydalıdır. Çünki həm Rusiya-Azərbaycan münasibətləri, həm də regionlararası əməkdaşlıq çərçivəsində birgə həll etməli olduğumuz xeyli məsələlər var. Keçən ilin sentyabrında Vladimir Vladimiroviçin və mənim iştirakımla regionlararası forum keçirilib. İndi növbəti regionlararası forum bu ay artıq Moskvada olacaq. Belə ki, bu da mühüm meydandır. İkitərəfli planda da Rusiya–Azərbaycan münasibətlərində bizdə çox fəal siyasi proses gedir, yüksək səviyyədə - idarələr, nazirliklər səviyyəsində görüşlər keçirilir, yəni, çox fəal qarşılıqlı fəaliyyət var. Əlbəttə, Zati-Müqəddəslərinin Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin bizim Sammitdə iştirakı bu tədbirə xüsusi önəm gətirir. Biz çox şadıq ki, Rusiya Federasiyası Sammitdə çox geniş tərkibdə - həm dini seqmentdə, həm Şimali Qafqaz respublikalarından bizim qardaşlarımız müftilər, həm Prezident Administrasiyası, həm də digər nümayəndələrlə təmsil olunub. Yəni, Sammitdə ən böyük nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndə heyətidir. Sammitin özü də, əlbəttə, qlobal miqyaslı hadisədir. O, çox universal xarakter daşıyır və düzü, mən bilmirəm, belə səpkili tədbir daha harada keçirilir, yaxud keçirilirmi. Buna görə də Azərbaycan bu istiqamətdə də özünü ölkələri, dinləri birləşdirə və dialoq üçün yaxşı imkan yarada bilən ölkə kimi nümayiş etdirdi. Fikrimcə, indi bu, ən mühüm məsələdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
  • Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
  • Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
  • Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
  • Məqalədə:
  • Prezident İlham Əliyev
Digər xəbərlər
Əlişir Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Siyasət 9 Dekabr 17:06
Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib
Siyasət 9 Dekabr 16:35
Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib - SƏRƏNCAM
Siyasət 9 Dekabr 16:14
Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmirinə 7,8 milyon manat ayrılıb
Siyasət 9 Dekabr 16:11
Prezident İlham Əliyev: Bu il Rusiya və Azərbaycan arasında bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı üçün çox uğurlu olub
Siyasət 9 Dekabr 15:07
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Siyasət 9 Dekabr 11:34
Xəbər lenti
Masazır qəsəbəsində köhnə xətlərin yeniləri ilə əvəzlənməsi artıq 80% yekunlaşıb (FOTO)
Energetika 14:08
Heydər Əliyev – xalqın ehtiram ünvanı
Nəzər nöqtəsi 14:04
Gənc sahibkarlara güzəştli kreditlər üzrə faiz dərəcəsi 7 faizdən çox olmayacaq
Biznes və iqtisadiyyat xəbərləri 14:00
KOBİA və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb
Biznes və iqtisadiyyat xəbərləri 14:00
I Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
İqtisadiyyat 13:55
Bəzi ərazilərdə enerji təchizatında fasilələr yaranacaq - SƏBƏB
Gündəm 13:48
YAP növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib
Siyasət 13:38
1477 nəfər Suriya və İraqa gedib, 903 nəfərin öldüyü və ya itkin düşdüyü güman edilir
Cəmiyyət 13:33
Moskvanın sabiq meri Yuri Lujkov vəfat edib
Dünya xəbərləri 13:29
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Heydər Əliyev – xalqın ehtiram ünvanı

Heydər Əliyev – xalqın ehtiram ünvanı

Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
İsa Qəmbərlə Gültəkin Hacıbəyli arasında qalmaqal - "Bir şəxs ki, siyasi tacir statusu ala..."
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri