...

Müsavat ictimai qınaq altında: Partiyanı "makler" yuvasına çevirdiniz!

Siyasət Materials 15 Noyabr 2019 12:05 (UTC +04:00)
Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya polisi tərəfindən həbs edilməsi ilə bağlı sosial şəbəkədə müzakirələr davam edir.
Müsavat ictimai qınaq altında: Partiyanı "makler" yuvasına çevirdiniz!

Bakı. Trend:

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya polisi tərəfindən həbs edilməsi ilə bağlı sosial şəbəkədə müzakirələr davam edir. Belə ki, Müsavat Partiyası funksionerləri müxtəlif paylaşımlar etməklə vəziyyətdən çıxmağa çalışırlar. Sosial şəbəkə istifadəçiləri, əsasən də müxalifətin digər qanadına mənsub şəxslər isə əks arqumentlərlə çıxış edərək onların yalanlarını üzlərinə vururlar.

Trend-in məlumatına görə, Müsavat Partiyasının sədri Arif Hacılının "Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir" - deyə yazdığı statusa onlarla təhqiredici rəy yazılıb.

Taleh Koç adlı istifadəçi bildirib: "Çox düşük adamlarsınız. Adım və soyadım bəlli və çox açıq şəkildə deyirəm, sadə və mənim kimi halal pul qazanan insanların yaddaşında saxtakarlıqdan başqa heç nə ilə yadda qalmadınız. Vicdan əzabı çəkirsiniz heç? Siz bir ləkəsiniz! Heç bir partiya üzvü də deyiləm ki, deyəsiniz ki, bu kimdir? Sadə xalqın övladıyam. Ayıb olsun və utanılacaq çox şeyim olduğunu düşünürəm, çünki siz bir partiyanı "makler" yuvasına çevirdiniz".

Müsavat başqanının müavini Səxavət Soltanlının da bu istiqamətdə yazdığı statusa təxminən eyni rəylər gəlib.

S.Soltanlı "Facebook"da belə yazıb: "Almaniyada bu günlərdə baş verən hadisələri biz də öz tərəfimizdən araşdırmaqla məşğuluq. Bu məsələ 3 ildir başlanılan kompleks araşdırmadır, yalnız Almaniyanı əhatə etmir. Bir çox maraqlı faktlar var...".

Fuad Rəhimli adlı şəxs isə cavab olaraq yazıb: Hər yerdə hər cür oyundan çıxib sonra deyirsiniz ki, olay siyasidir. Sosial problemini həll etmək üçün xaricə gedib sonra siyasətçi olur hamı".

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti