...

Azərbaycanlı deputat Monteneqro Sosialistlərinin Demokrat Partiyasının qurultayında iştirak edib

Siyasət Materials 30 Noyabr 2019 19:01 (UTC +04:00)
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Monteneqro Prezidentinin iştirakı ilə keçirilən Monteneqro Sosialistlərinin Demokrat Partiyasının (DPS) qurultayında çıxış edib
Azərbaycanlı deputat Monteneqro Sosialistlərinin Demokrat Partiyasının qurultayında iştirak edib

Bakı. Trend:

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Monteneqro Prezidentinin iştirakı ilə keçirilən Monteneqro Sosialistlərinin Demokrat Partiyasının (DPS) qurultayında çıxış edib.

Trend-in məlumatına görə, Monteneqronun siyasi həyatında mühüm hadisə olan Monteneqro Sosialistlərinin Demokrat Partiyasının (DPS) qurultayının keçirilməsi münasibətilə Yeni Azərbaycan Partiyasının rəhbərliyi adından təbriklərini çatdıran Sevinc Fətəliyeva deyib : “Azərbaycanda ikitərəfli tərəfdaşlığımızın həm siyasi, həm də iqtisadi baxımdan dinamik inkişafını, həmçinin Azərbaycan və Monteneqro xalqlarının təməl maraqlarına tam cavab verən birgə layihələrin həyata keçirilməsini yüksək qiymətləndiririk. Azərbaycanın Monteneqro ilə əlaqələrinin yüksələn xətlə inkişafı münasibətlərin daha da intensivləşməsinə, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olub. Bu gün ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə səmərəli əməkdaşlıq yüksək səviyyəyə çatıb. Dövlətlərimiz və xalqlarımız arasındakı böyük dostluq, xüsusi həmrəylik və hərtərəfli əməkdaşlıq iki ölkənin əvəzolunmaz ortaq sərvətlərinə çevrilərək daim qorunub saxlanılır”.

DPS-in uzun və mürəkkəb inkişaf yolu keçdiyini diqqətə çatdıran deputat bildirib: “Bu illər ərzində xalqın maraqlarına, ölkənin inkişafına və güclənməsinə xidmət edərək siz xalqın dəstəyini və etimadını, əvəzolunmaz təcrübə və nüfuz qazanmısınız. Məsuliyyətli siyasi qüvvə olaraq xalqın bütün çətinlik və sınaqlarını bölüşməklə DPS gündən-günə güclənərək uğurla irəliləyir.

Bu əlamətdar gündə sizə hər zaman aparıcı qüvvə olaraq qalmağınızı, idarəetmənin ən yaxşı nümunəsi kimi xidmət etməyinizi, modernləşməyə hazır olmağı, müasir dünyanın tələblərinə cavab verməyinizi, hər vəziyyətdə Monteneqro xalqının etibarlı dayağı və xalqın maraqlarını qorumağa yönəlmiş mürəkkəb tapşırıqları yerinə yetirə bilən siyasi güc kimi qalmağınızı arzu edirəm”.

Xəbər lenti

Xəbər lenti