...

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub (FOTO)

Siyasət Materials 30 Noyabr 2019 22:19
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin, TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin önəmi qeyd edildi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da daim möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti