...

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 17 Dekabr 2019 16:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

Çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva qeyd etdi ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.

Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə etdi.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti