...

Xəzər rayonunda bələdiyyə üzvlüyünə namizədlərlə görüş olub (FOTO)

Siyasət Materials 20 Dekabr 2019 16:21 (UTC +04:00)
Xəzər rayonunda bələdiyyə üzvlüyünə namizədlərlə görüş baş tutub.
Xəzər rayonunda bələdiyyə üzvlüyünə namizədlərlə görüş olub (FOTO)

Bakı. Trend:

23 dekabrda Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında Mərdəkan qəsəbə sakinlərinin bələdiyyə üzvlüyünə namizədlərlə görüş baş tutdu.

Trend-in məlumatına görə, 20 dekabr 2019-cu il tarixdə YAP Xəzər rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev, qəsəbə sakinləri Sabir Dadaşov, Kəmalə Quliyeva, Hüseyn İbrahimov çıxış etdilər. Çıxış edənlər Azərbaycanda Bələdiyyə institutunun formalaşmasından, ölkəmizdə yerliözünüidarə orqanlrının fəaliyyəti üçün hər bir şəraitin yaradıldıgından, keçən dövür ərzində Mərdəkan bələdiyyəsi tərəfindən görülmüş işlər barədə, ümumiyyətlə qəsəbədə həyata keçirilən sosial layihələr barədə tədbir iştirakçılarına məlumat verdilər.

Çıxış edənlər eyni zamanda sakinləri 23 dekabr Bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə dəvət etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti