...

XİN: Nazirlərin Tbilisi görüşündə üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər müzakirə ediləcək

Siyasət Materials 22 Dekabr 2019 16:16 (UTC +04:00)
Dekabrın 23-də Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək
XİN: Nazirlərin Tbilisi görüşündə üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər müzakirə ediləcək

Bakı. Trend:

Dekabrın 23-də Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, görüşdə nazirlər üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə müzakirələr aparacaqlar.

Görüş çərçivəsində Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti