...

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Siyasət Materials 24 Dekabr 2019 20:47 (UTC +04:00)
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

Bakı. Trend:

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. İcazə verin, ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edim.

Sizin uzaqgörən strateq və parlaq siyasətçi kimi hərtərəfli istedadınız, gərgin əməyiniz və fədakarlığınız Azərbaycanın güclü müstəqil dövlət quruculuğunda nail olduğu böyük uğurların əsasını təşkil edir.

Sizin yüksək peşəkarlığınızın, görkəmli lider keyfiyyətlərinizin və səylərinizin səmərəli uzlaşması sayəsində respublika sosial-iqtisadi sahənin inkişafında keyfiyyətcə yeni səviyyəyə çatıb, beynəlxalq arenada öz nüfuzunun şəksiz qəbul edilməsinə nail olub.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür və tükənməz enerji arzu edirəm. Qoy Sizin müdrikliyiniz və hərtərəfli dərin bilikləriniz qardaş Azərbaycanın daha da firavanlaşmasının və yeni uğurlarının əsası olsun".

XXX

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru Arye Qutdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin üçün bu əlamətdar gündə Sizə - təcrübəli dövlət xadiminə, Azərbaycan dövlətinin müstəsna istedadlı, praqmatik siyasi xadiminə və layiqli liderinə bir daha səmimi hörmət və minnətdarlığımı bildirmək istərdim.

Sizin müdrik, çoxşaxəli və tarazlaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycan Respublikası güclü geosiyasi mərkəzə, həqiqi regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində xüsusi yerini tutub.

Biz, əslən Azərbaycandan olanlar İsraildə bu fakta görə çox fəxr edirik ki, Azərbaycan sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Məhz Sizin praqmatik və müdrik dövlətçilik fəaliyyətiniz sayəsində tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Multikulturalizmin Azərbaycan modeli millətçiliyin, şovinizmin, faşizmin və terrorizmin alternatividir.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti və İsrail xalqı şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, habelə yəhudi icmasına dünyada analoqu olmayan xüsusi qayğıkeş münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sadiqliyinizə, Azərbaycanda yaşayan bütün konfessiyaların və xalqların nümayəndələrinə hörmətlə yanaşdığınıza görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının əksəriyyətinin hörmətini qazanmısınız.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə və gözəl ailənizə səmimi qəlbdən tükənməz enerji, möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

XXX

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannisdən:

"Zati-aliləri. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, rifah və həyatın ən gözəl nemətlərini diləyirik.

Qoy Tanrı Sizi və ailənizi daim qorusun. Gözəl ölkənizin, xalqınızın, bəşəriyyətin rifahı və əmin-amanlığı naminə bütün nəcib təşəbbüslərinizin həyata keçməsini arzu edirik".

XXX

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan:

"Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimizi yüksək diqqətinizə çatdırırıq.

Sizin rəhbərliyinizlə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə, o cümlədən, türk dünyasında böyük nüfuz qazanmış bir dövlətə çevrilmişdir.

Bu nailiyyətlər Azərbaycanın türk dünyasındakı yüksək mövqeyini parlaq şəkildə ifadə edir. Zati-alinizin təşəbbüsü ilə türkdilli xalqların mədəni irsinin qorunması və təbliği kimi mühüm missiya beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna həvalə olunmuşdur və bu ilin oktyabr ayında Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü çərçivəsində təşkilatın yeni binasının açılışı Sizin dəstəyinizi bir daha nümayiş etdirdi. Bu dəstəyiniz türk dünyasının maddi və mənəvi dəyərlərinin mühafizə edilməsi, dünyada tanıdılması, eləcə də bu dəyərlərin gənc nəsillərə aşılanması istiqamətindəki fəaliyyəti daha böyük layihə və proqramlar vasitəsilə həyata keçirməyimiz üçün böyük stimul yaradır.

Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayırıq.

Bu xoş fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik".

XXX

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən:

"Möhtərəm İlham Heydər oğlu. Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, bütün planlarınızın reallaşmasını, məsul fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qarşılıqlı dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın uğurlu inkişafına şəxsi töhfənizə, bunun üçün göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu diqqət və dəstək sayəsində bizim regionda çox mühüm birgə layihələr həyata keçirilir.

Ümidvaram ki, bizim aramızda yaranmış konstruktiv dialoq bundan sonra da Həştərxan vilayəti ilə Azərbaycanın əməkdaşlığının dərinləşməsinə kömək edəcək".

XXX

Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Müfti Albir Krqanovdan:

"Möhtərəm İlham Heydər oğlu. İcazə verin, Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizi həyatınızda əlamətdar hadisə olan ad gününüz münasibətilə ürəkdən təbrik edim.

Siz Azərbaycan Respublikasının rəhbəri kimi, İslam dininin sülh, xeyirxahlıq və ədalət prinsiplərini əsas götürərək Azərbaycan xalqının rifahı naminə yorulmadan çalışırsınız. Siz daimi və yorulmaz işiniz sayəsində özünüzü Azərbaycanın taleyi üçün yüksək məsuliyyət hiss edən müdrik, əzmkar, insanların qayğısına qalan dövlət xadimi kimi göstərmisiniz.

Müasir Azərbaycan sosial-iqtisadi uğur və millətlərarası sülh nümunəsi olmaqla yanaşı, Sizin səyləriniz sayəsində öz qədim köklərinə qayıdır və tarixi möhtəşəmliyini dirçəldir.

Vicdanlı əməyinizə, mənəvi səxavətinizə və həssas qəlbinizə görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Həyatınızın hər günü sülh, harmoniya və sevgi ilə dolu olsun.

Sizə qüvvət, gümrahlıq, enerji, müdriklik və çətin işinizdə səbir diləyirəm. Qadir Allah Sizin bütün əməli-saleh işlərinizi, səmimi dualarınızı qəbul etsin, hər iki dünyada onların əvəzini versin".

XXX

Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanovdan:

"Hörmətli cənab Prezident. Zati-aliləri, Rusiya Federasiyasında yaşayan Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır və gələcəyə inamla baxır. Bu uğurda Sizin çox böyük xidmətiniz bizim hər birimizdə minnətdarlıq və qürur hissi doğurur. Beynəlxalq arenada Azərbaycanın maraqlarının qorunmasında Sizin sarsılmaz mövqeyiniz, daxili və xarici siyasətdə ölkə üçün taleyüklü qərarlar qəbul etməyiniz, bütün dünyada çoxmillətli Azərbaycan diasporunun ehtiyaclarına daimi diqqətiniz Sizə haqlı olaraq qətiyyətli və ardıcıl dövlət siyasətçisi kimi nüfuz və hörmət qazandırıb.

Siz Rusiya Federasiyasının əsl dostu kimi müxtəlif sahələrdə qarşılıqlı faydalı Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Əziz İlham Heydər oğlu, bu xoş gündə Sizə möhkəm cansağlığı və gözəl Vətənimiz Azərbaycanın firavanlaşması naminə yeni böyük uğurlar diləyirik".

XXX

Gürcüstanın Baş Naziri Giorgi Qaxariyadan:

"Zati-aliləri. Sizi doğum gününüz münasibətilə təbrik edir və Sizə cansağlığı, uğurlar diləyir və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, məmnuniyyətlə qeyd etmək istərdim ki, Gürcüstan-Azərbaycan arasında strateji münasibətlər uğurla inkişaf edir və bu nümunəvi tərəfdaşlığın möhkəm təməlində gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı etimada söykənən əlaqələri dayanır.

Ölkələrimiz arasında uğurlu əməkdaşlıq regionda sabitlik və əmin-amanlığın əsasıdır. Bu əməkdaşlığın parlaq təzahürü ölkələrimiz tərəfindən on illərdir uğurla icra edilən genişmiqyaslı birgə layihələr və təşəbbüslərdir. Əminəm ki, xüsusi münasibətlərimizi birgə səylərimizlə gələcəkdə daha da inkişaf etdirib möhkəmləndirəcəyik.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".

XXX

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Aleksey Millerdən:

"Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə “Qazprom” Publik Səhmdar Cəmiyyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycanın və bütün xalqınızın rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram".

XXX

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizin və onun bütün vətəndaşlarının rifahı naminə məsul vəzifənizdə uğurlar arzu edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycanda qazanılmış bütün uğurlar və yüksək nəticələr Sizin səmimi dostunuz kimi məni sevindirir. Əminəm ki, Siz öz müdrik qərarlarınız və zəngin siyasi təcrübəniz sayəsində bundan sonra da ölkənin inkişafını təmin edəcəksiniz. Bu, etibarlı sülh və iqtisadi tərəqqi yolunu təmin etməyinizə imkan yaradacaq.

Mən fəxr edirəm ki, ölkələrimiz arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, Serbiyanın Prezidenti olduğum dövrdə Azərbaycanla strateji tərəfdaşlıq əsasında səmimi dostluq münasibətləri inkişaf edir və buna Sizin şəxsi töhfəniz ölçüyəgəlməzdir. Bu səbəbdən Serbiyada Sizə dərin hörmət bəsləyirlər. Fürsətdən istifadə edib hərtərəfli əməkdaşlığımıza kömək məqsədilə Sizinlə bundan sonra da birgə işləmək əzmində olduğumuzu təsdiq edirəm. Əminəm ki, Serbiyanın və serb xalqının böyük dostu kimi Serbiyaya səfər etsəydiniz, iki ölkənin yaxın münasibətlərində xüsusi iz qoymuş olardınız. Buna görə bizi bu şərəfə layiq görməyə dəvət edirəm.

Hörmətli Prezident, biz qərarlar qəbul edilməsində müstəqillik prinsipinə şərik olduğumuza, azadlıqsevərlik ənənələrini yüksək qiymətləndirdiyimizə görə, icazə verin, Kosovonun birtərəfli qaydada elan etdiyi müstəqilliyinin tanınmaması barədə qətiyyətli mövqeyinizə, həmçinin beynəlxalq təşkilatlarda Serbiyanı dəstəklədiyinizə görə Sizə xüsusi təşəkkürümü bildirim. Serbiya da suverenliyə və ərazi bütövlüyünə hörmət bəslənməsinə qəti şəkildə sadiqdir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş səyləri alqışlayır.

Cənab Prezident, səmimi təbriklərimi, həmçinin Sizə böyük hörmətimi qəbul edin".

XXX

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayevdən:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu. İcazə verin, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirim və doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırım.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı baxımından Azərbaycan Respublikasının Prezidenti kimi Sizin fəaliyyətinizi, ölkənin iqtisadi və sosial inkişafı istiqamətində göstərdiyiniz xidmətləri çox yüksək dəyərləndirir.

Bu danılmaz və mühüm nailiyyətlər əyani şəkildə göstərir ki, Azərbaycan Respublikası bu gün ölkə həyatının bütün sahələrində irəliləyir, beynəlxalq arenada inteqrasiya proseslərinin dərinləşməsində, region dövlətlərinin və xalqlarının dostluq və əməkdaşlığının inkişafında onun rolu daha da güclənir və böyük önəm qazanır.

Bununla əlaqədar olaraq, Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin “TRACECA” fəaliyyətinin 20-ci ildönümünə və “TRACECA” Hökumətlətrarası Komissiyasının 14-cü iclasına həsr edilmiş yubiley konfransının iştirakçılarının ünvanına göndərdiyiniz təbrik məktubuna görə Sizə xüsusi təşəkkürümü bildirmək istərdim.

Fürsətdən istifadə edərək, həm milli, həm də beynəlxalq səviyyədə “TRACECA”nın fəaliyyətinə daimi dəstəyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

İcazə verin, belə bir fikirlə sözsüz razılaşdığımı bildirim ki, nəqliyyat sferasında əməkdaşlıq amilinə böyük diqqət yetirən Azərbaycan Respublikası bizim “TRACECA” proqramı üzrə fəaliyyətimizi qarşıdan gələn dövr üçün “TRACECA” ölkələrinin nəqliyyat sektorunun inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirir.

Zati-aliləri, icazə verin, yuxarıda qeyd edilənlərlə əlaqədar Sizə belə bir məlumat çatdırım ki, “TRACECA” Hökumətlərarası Komissiyasının 2019-cu il 6 dekabr tarixli qərarına uyğun olaraq, Komissiyanın Bakıda keçirilən 14-cü iclasının gedişində Azərbaycan “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi seçilib və 2019-cu il dekabrın 20-dən etibarən Daimi Katibliyin mənzil qərargahında öz vəzifələrinin icrasına başlayıb.

Çox hörmətli İlham Heydər oğlu, ən səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul etməyinizi Sizdən xahiş edirəm".

XXX

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazisi Qurumunun başçısı İrina Vlaxdan:

"Möhtərəm Prezident. İcazə verin, Moldova Respublikası Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından və şəxsən öz adımdan Sizə hörmət və ehtiramımı bildirim.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, tükənməz həyat enerjisi, ruh yüksəkliyi, nikbinlik və Azərbaycan Respublikasının tərəqqisi, rifahı naminə məsul işinizdə uğurlar arzulayırıq.

Siz ən ambisiyalı məqsədlərə nail olmağa qadir çox bacarıqlı və uğurlu rəhbər keyfiyyətlərinə maliksiniz. Siz zirvələrə çatmağa, ictimaiyyət arasında geniş hörmət və nüfuz qazanmağa nail olmusunuz.

Sizin böyük məqsədə yönəlmiş təcrübəniz dəqiq və çoxşaxəli fəaliyyətinizdə uğurun rəhnidir. Arzum budur ki, daim xeyirxahlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində olasınız, məsləkdaşlarınızın dəstəyi həyatda üzləşdiyiniz çətinlikləri dəf etməkdə Sizə qüvvət versin.

Qaqauz Yeri Muxtar Ərazi Qurumu ilə Azərbaycan Respublikası arasında çoxsaylı birgə layihələrdə əksini tapan əməkdaşlığın inkişafı Qaqauz Yeri Muxtar Ərazi Qurumunun rəhbərliyi üçün vacib və perspektivlidir.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib Sizə yüksək ehtiramımızı bildiririk".

XXX

Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yanğından:

"Möhtərəm cənab Prezident. Ad gününüz münasibətilə Sizi Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) adından səmimi qəlbdən təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının inamlı inkişafını, iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsini dəstəkləyir, Uca Allahdan Sizə bu yolda səbir və güc verməsini arzulayırıq.

Azərbaycanın hərtərəfli inkişafı istiqamətində uğurlu fəaliyyətiniz, ordu quruculuğunun yüksək səviyyədə təşkili, təhsilə, idmana və digər önəmli sahələrə qayğınız, xalqın rifah səviyyəsinin yüksəldilməsinə verdiyiniz töhfələr danılmazdır.

Azərbaycan və Türkiyə arasında bu gün strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Siz xüsusi töhfə vermisiniz. Sizi əmin etmək istəyirik ki, Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq, bu siyasətin həyata keçirilməsinə daim səy göstərəcəyik.

Fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə, Sizə bir daha təşəkkür edirik.

Bəşəriyyətə və ölkəyə xidmət edərkən qədəm qoyduğunuz bu yaşınızı bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".

XXX

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovdan:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən xoş və səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Respublikasının tanınmış lideri və vətənpərvəri olaraq Siz həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük nüfuz və hörmət qazanmısınız. Siz uzun illərdir ki, Xəzər regionunda sabitliyin etibarlı qarantlarından biri kimi çıxış etməklə bütün enerjinizi, müdrikliyinizi və təcrübənizi ölkənin firavanlığının, onun vətəndaşlarının rahatlığının və əmin-amanlığının təmin edilməsinə yönəldirsiniz.

Fürsətdən istifadə edib “LUKoyl” şirkətinin Azərbaycandakı fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etmək istərdim ki, “LUKoyl” şirkətinin azərbaycanlı tərəfdaşlarla əməkdaşlığının uğurla davam etməsi və ölkələrimizin mənafeyi naminə genişlənməsi üçün hər cür səy göstərəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, əmin-amanlıq, tükənməz enerji və məsul dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

XXX

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:

"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin çoxşaxəli fəaliyyətiniz, Azərbaycanın tərəqqisi naminə yorulmadan çalışmağınız ən yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan Respublikasının firavanlaşmasını arzulayım".

XXX

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:

"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin Azərbaycanın rifahı naminə gündəlik fəaliyyətinizin bəhrələri ən yüksək qiymətə layiqdir. Respublika Sizin rəhbərliyinizlə uğurla inkişaf edir, onun vətəndaşları isə gələcəyə inamla baxırlar. Beynəlxalq arenada Azərbaycanın nüfuzunun artması Sizin adınızla bağlıdır.

Hər il işgüzar və mədəni dairələrin, peşəkar idmançıların və sadə turistlərin yüz minlərlə nümayəndəsi Sizin ölkənizlə tanış olur və onun gözəl infrastrukturuna, qonaqpərvərlik ənənələrinə və ölkə tarixinə qayğıkeş münasibətə valeh olur.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

XXX

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan:

"Möhtərəm İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Böyük dövlət xadimi olaraq Siz öz ad gününüzü yaradıcı və mənəvi gücünüzün çiçəkləndiyi bir dövrdə qeyd edirsiniz. İnsanlar arasında sülhün və qarşılıqlı anlaşmanın inkişafına, cəmiyyətin humanitar və iqtisadi tərəqqisinə, səhiyyəyə və təhsilə töhfəniz səmimi heyranlıq və dərin ehtiram hissi doğurur.

Qüdrətli ölkənizin rifahı naminə nəcib niyyətlərinizin həyata keçirilməsi üçün Sizə ürəkdən möhkəm cansağlığı və tükənməz enerji arzulayıram.

Sizə və doğmalarınıza xoşbəxtlik, firavanlıq və rifah diləyirəm".

XXX

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq arenada Sizin nüfuzunuz çox böyükdür və öz miqyasına görə o, vətəninizdə qazandığınız nüfuzdan heç də geri qalmır. Siz dərin zəkalı və uzaqgörən siyasi xadim, dünyada suveren Azərbaycanın müsbət obrazının formalaşması və hörmət qazanması, dövlətin sosial-iqtisadi, mədəni və humanitar inkişafı, azərbaycanlıların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi üçün çox işlər görmüş nüfuzlu dövlət xadimisiniz. Dahi atanızın, xalqınızın ümummilli lideri Heydər Əliyevin layiqli varisi və onun müdrik siyasətinin davamçısı kimi Azərbaycan bayrağını qürurla və şərəflə daşıyır, vətənin firavanlığı naminə öz müqəddəs borcunuzu dönmədən yerinə yetirir, yeni böyük sanballı uğurlar qazanırsınız.

Siz ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmləndirilməsi üçün ölçüyəgəlməz dərəcədə çox iş görürsünüz, buna görə hər cür təşəkkürə və alqışa layiqsiniz.

Şəxsən bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm, bu ünsiyyətin gələcəkdə də davam edəcəyinə ümidvaram.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı, səadət, firavanlıq, ali dövləti fəaliyyətinizdə və əlbəttə ki, şəxsi həyatınızda Sizə, səmimi, möhkəm ailənizə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti