...

“Tarixi Şəxsiyyətlər” jurnalı 2019-cu ilin “İlin adamı”nı seçdi

Siyasət Materials 26 Dekabr 2019 17:17 (UTC +04:00)
2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyoyev seçilib.
“Tarixi Şəxsiyyətlər” jurnalı 2019-cu ilin “İlin adamı”nı seçdi

Bakı. Trend:

Azərbaycanda 2006-cı ildən nəşr edilən “Tarixi Şəxsiyyətlər" jurnalı ənənəyə uyğun şəkildə hər il dünya liderləri, həmçinin ictimai-siyasi sferanın görkəmli xadimləri arasından “İlin adamı”nı seçir.

Trend-in məlumatına görə, redaksiya heyətinin yekdil rəyi ilə Özbəkistanın inkişafında, ölkənin imicinin beynəlxalq aləmdə yaxşılaşmasında, Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyoyev seçilib.

Bununla əlaqədar rus dilində işıq üzü görəcək “Tarixi şəxsiyyətlər” jurnalının növbəti xüsusi buraxılışı bütünlüklə Özbəkistan Respublikası və onun prezidentinə həsr olunacaq.

Qeyd edək ki, 2017-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiyanın yekdil səsverməsi nəticəsində bu ada layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti