...

Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək

Siyasət Materials 27 Dekabr 2019 16:37 (UTC +04:00)
Qazaxıstanda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-də ölkədə matəm elan edilib.
Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək

Bakı. Trend:

Qazaxıstanda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-də ölkədə matəm elan edilib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək. Lakin başsağlığı kitabı açılmayacaq.

Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti