...

Prezident İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verib

Siyasət Materials 8 Yanvar 2020 14:47 (UTC +04:00)
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.
Prezident İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verib

Bakı. Trend:

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Trend-in məlumatına görə, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Prezident İlham Əliyev, həmçinin Ukraynanın Prezidenti Vladimir Zelenskiyə də başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti