...

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 617 nəfər qeydə alınıb

Siyasət Materials 8 Yanvar 2020 17:09 (UTC +04:00)
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 namizəd müraciət edib.
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 617 nəfər qeydə alınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2381 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2270 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 2149 nəfəri isə imza vərəqələrini artıq götürüb. 1041 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 617 nəfər qeydə alınıb.

MSK sədri qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 149 nəfəri 14 siyasi partiyanın siyahısında olan şəxslərdir: “6 nəfərin namizədliyi təşəbbüs qrupları, 462 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürən şəxslərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti