...

Trend BİA-nın baş direktoru Mixail Qusmanı təbrik edib

Siyasət Materials 23 Yanvar 2020 11:41 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Mixail Qusmanı 70 illiyi münasibətilə təbrik edib
Trend BİA-nın baş direktoru Mixail Qusmanı təbrik edib

Bakı. Trend:

Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktoru İlqar Hüseynov TASS agentliyinin baş direktorunun birinci müavini, məşhur jurnalist və teleaparıcı Mixail Qusmana 70 illiyi münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli Mixail Solomonoviç! Sizi yubiley münasibətilə ürəkdən təbrik edirəm! Sağlamlıq və firavanlıq arzu edirəm! Siz artıq həyatda demək olar ki, hər şeyə nail olmusunuz! Biz hamımız təəccüblənirik, sevinirik və heyranlıq duyuruq! Əlbəttə ki, bu nailiyyətlərə yaxşı mənada paxıllıq edirik!

120 yaşınıza qədər isə hələ yarım əsr var! Xoşbəxt və tələb olunan olun! Qucaqlayıram.

Dərin hörmətlə, İlqar Hüseynov!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti