...

Bəhruz Quliyev: Onlar unutmamalıdırlar ki, ədalətsizlik həm də bumeranq effekti verir

Siyasət Materials 2 Fevral 2020 23:00 (UTC +04:00)
Baş redaktor AŞPA-nın qərəzli qətnaməsini pislədi
Bəhruz Quliyev: Onlar unutmamalıdırlar ki, ədalətsizlik həm də bumeranq effekti verir

Bakı. Samir Əli - Trend:

Əslində AŞPA-nın bu kimi qərəz xarakterli qətnamə ilə çıxış etməsi birinci hal deyil və söz yox ki, həmin qətnamənin hazırlanmasında Azərbaycana qarşı qısqanc yanaşan, ölkəmizin inkişafından, islahatlarından xoflanan düşmənlərin də maraqları mövcuddur.

Bu fikirləri Trend-ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev AŞPA-nın sözdə “Azərbaycanda siyasi məhbuslar” adlı qətnaməsini və AŞ NK-nə tövsiyənin səs çoxluğu ilə qəbul olunması məsələsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, sözügedən qətnamənin qəbulu ilə bağlı keçirilən iclasda məhz erməni deputatların iştirakı, həmçinin ermənipərəst avropalı deputatların üstünlük təşkil etməsi də belə bir böhtanm xarakterli məsələnin qabardılmasına səbəb olub: “Düşünürəm ki, bizim daha əvvəllər də bənzər məsələlər ilə bağlı fikirlərimizdə daha bir reallıq dayanır – radikal, destruktiv müxalifətin bu kimi qüvvələrlə iş birliyi qurmaları, saxtakarlıq və donosçuluq xislətlərindən əl çəkməmələri, nəticədə belə qərəzıli qətnamələrin qəbul olunması ilə sonuclanır. Buna isə bir ad vermək olar, dövlətə, xalqa xəyanət...”

Bəhruz Quliyev vurğulayıb ki, Azərbaycanda “siyasi məhbus” yoxdur və ümumiyyətlə belə bir anlayışın ortaya atılması doğru hesab edilə bilməz: “Əgər kimlərsə konkrert cinayət əməlinə görə həbs olunursa, yaxud kimsə müəyyən qanunsuzluqlarına görə inzibati cəzalar alırsa, bunu “siyasi məhbus” kimi qələmə vermək açıq-aşkar şərçilik, böhtançılıqdır. Əgər belədirsə, bu gün Fransada, yaxud ABŞ-da, eləcə də Avropa ölkələrində baş verən iğtişaşlarda həbs olunanların da siyasi məhbus kimi tanınmaları tələbi irəli sürülə bilər. Bəsə nəyə görə həmin insanlar bu kimi adla tanınmırlar?”

“Məsələ bəllidir – icazəsiz aksiyalarda, dövlət əleyhinə çıxışlarda bulunan insanlar eyni zamanda ölkələrinin qanunlarını pozurlar və konkret cinayət əməllərinə görə həbs olunurlar”, deyən baş redaktora görə, təəssüf ki, AŞPA bir qurum olaraq, müsəlman ölkəsi olan Azərbaycana qarşı xristian klubu missiyasını icra edir və bu, heç də qəbulediləsi hal deyil, əksinə qınanılası bir məsələdir.

“Hesab edirəm ki, belə qətnamələrin ölkəmizin demokratiya istiqamətindəki inkişafının qarşısını əsla ala bilməyəcək”, deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, xüsusilə seçkilər ərəfəsində belə dırnaqrarası canlanmalar Azərbaycanın inkişaf, islahatlar, tərəqqi reallığının qarşısını ala bilməyəcək: “Belə ki, istər AŞPA olsun, istərsə də digər hər hansı bir Avropa qurumu olsun, onların qərəz addımları əvvəllər də nəticəsiz qalıb, bu dəfə də belə olacağından şübhə etməsinlər. Çünki onlar unutmamalıdırlar ki, ədalətsizlik həm də bumeranq effekti verir və inanıram ki, bir gün belə ədalətsizliklər onları da hədəfə alacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti