...

Oraban və Baş Kəldək sakinləri deputatlığa namizəd Cavanşir Feyziyevə dəstək nümayiş etdirdilər (FOTO)

Siyasət Materials 4 Fevral 2020 10:53 (UTC +04:00)
115 saylı Şəki seçki dairəsindən MM üzvlüyünə namizəd Cavanşir Feyziyev növbəti görüşlərini Oraban və Baş Kəldək kəndlərində keçirib.
Oraban və Baş Kəldək sakinləri deputatlığa namizəd Cavanşir Feyziyevə dəstək nümayiş etdirdilər (FOTO)

Bakı. Trend:

115 saylı Şəki seçki dairəsindən MM üzvlüyünə namizəd Cavanşir Feyziyev növbəti görüşlərini Oraban və Baş Kəldək kəndlərində keçirib.

Trend-in məlumatına görə, deputatlığa namizədin səlahiyyətli nümayəndəsi, əməkdar jurnalist Akif Salam keçən 4 il ərzində deputatın fəaliyyəti haqqında seçicilərə müfəssəl məlumat verdikdən sonra kənd sakinləri çıxışlar ediblər.

Onlar keçən 9 il ərzində istənilən vaxt deputatla elektron poçt və ya telefon zəngi vasitəsilə çox asanlıqla əlaqəyə girdiklərini və qaldırdıqları məsələlərin həlli ilə bağlı hər zaman deputatdan dəstək aldıqlarını bildiriblər.

Onlar həmçinin pay torpaqlarının becərilməsi ilə bağlı rastlaşdıqları çətinliklər haqqında deputata məlumat veriblər və müvafiq kömək göstərilməsini xahiş ediblər. Deputatlığa namizəd ölkədə aparılan islahatlardan, vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəlməsindən, icbari tibbi sığortanın Şəkidə tətbiqinə başlanılmasından, xüsusilə aqrar sahədə fermerlərə göstərilən dövlət dəstəyindən, eləcə də dünyada ölkəmizin nüfuzunun yüksəlməsindən danışaraq sakinləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırıb.

Cavanşir Feyziyevi böyük coşqu ilə qarşılayan kənd sakinləri keçən 9 il ərzində onun fəaliyyətindən razı qaldıqlarını və qarşıdan gələn seçkilərdə də bir daha Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti